Martın 17-da saat 11:00-a olan məlumatlara görə, Ermənistanda koronavirus infeksiyasına daha 584 yoluxma faktı qeydə alınıb, 211 nəfər müalicə olunaraq sağalıb, 5 nəfər vəfat edib.
Məlumatı Ermənistan Səhiyyə Nazirliyinin Xəstəliklərə Nəzarət və Profilaktikası üzrə Milli Mərkəzi yayıb.
Bununla, Ermənistanda yoluxanların ümumi sayı 180141-ə çatıb. İndiyədək 166913 pasiyent infeksiyadan sağalıb.
Hazırda ölkədə 9105 aktiv koronavirus xəstəsi var. Ümumi olaraq 784266 test aparılıb.