Dağlıq Qarabağ çox çətin əməliyyat idi. Bunu Rusiyanın müdafiə naziri Sergey Şoyqu Qazaxıstanın “Tengirnews” agentliyinə müsahibəsində bildirib. Ona görə, səbəblərdən biri odur ki, Rusiya üçün iki qardaş xalq müharibə aparırdı. Digər səbəb də Türkiyənin qoşulması idi.
S. Şoyqu qeyd edib: “Bu məsələ ilə bağlı türkiyəli həmkarlarla da danışmaq lazım idi. Prezidentimiz, inanın mənə, nəhəng səylər göstərib. Üstəlik, hər kəsi razı salmaq lazım gəlib. Yəni, olmayıb kimsə desin ki, “Mən razıyam, lakin digərlərin razı salın". Bu gün görülən iş birincisi, insanların bir-birini öldürməsinin dayandırmasıdır. İkincisi isə, ümid edirəm ki, onların artıq ikitərəfli təmaslara keçməsinin, bir-biri ilə danışmasının vaxtı çatıb.
Əlbəttə ki, burada bir çox şey Rusiya ilə Türkiyə arasında qurulmuş münasibətlərdən asılıdır. Eləcə də yeni oyunçular, köhnə qonşular meydana çıxır, lakin onlar öz təklifləri ilə meydana çıxırlar. Mən İranı nəzərdə tuturam. Bu, inkişaf etmiş infrastrukturlar, dəmir yolları, hidroenergetika və nəqliyyat əlaqələridir. Çox məsələ var”.