Turan informasiya agentliyi yazır ki, Nyu Yorkda yerləşən Jurnalistləri Müdafiə Komitəsi rəsmi Bakını martın 14-də Azərbaycanlı mühacir, bloger Məhəmməd Mirzəliyə edilmiş hücumu araşdırmağa çağırıb.
Xatırladaq ki, bloger bir qrup şəxsin hücumuna məruz qalıb, onlar Mirzəliyə çoxsaylı bıçaq xəsarətləri yetiriblər və dilini kəsməklə hədələyiblər.
Fransa hakimiyyəti Azərbaycanlı siyasi mühacir və blogerə qarşı hücumu araşdırmalı, təqsirkarları tapmalı və məhkəməyə verməlidir, deyə Jurnalistləri Müdafiə Komitəsinin bəyanatında bildirilir.
Komitə xatırladır ki, Mirzəliyə qarşı əvvəllər də sui-qəsdlər olub, onu hədələyir, Azərbaycan rəhbərliyinin tənqidinə son qoymağı tələb edirdilər.