ER-nın Əmək və sosial işlər naziri Mesrop Arakelyan bu gün Parlamentin Səhiyyə və Sosial Məsələlər üzrə Daimi Komitəsinin iclasında müharibədən sonra Artsax vətəndaşlarına verilən yardım proqramların icrasına toxunub. O qeyd edib ki, bu istiqamətdə təxminən 15 proqram həyata keçirilib, bəzi proqramlar fəaliyyətə davam edir, təqribən 25 milyard dram ayrılıb, maliyyənin həcmi 30 milyard dram artacaq.
Nazirin sözlərinə görə, sosial proqramların effektivliyi sayəsində Ermənistana gəlmiş Artsax sakinlərinin əksəriyyəti - təxminən 110 min nəfər Artsaxa qayıdıb, daimi yaşayış yerlərini itirmiş Artsax sakinlərinin bir hissəsi Ermənistanda qalıb.