Artsax Respublikası parlamentinin “Artsaxın Demokratik Partiyası” fraksiyasının sədri Davit Melkumyan və fraksiya katibi Geğam Stepanyan Rusiya Federasiyasına işgüzar səfərə getdilər.
Bu barədə Artsax Respublikası parlamentindən məlumat verilir.
Deputatlar Moskvada Rusiya Erməniləri Birliyinin sədri Ara Abrahamyanla görüşüblər və Artsaxdakı humanitar böhranın aradan qaldırılması üçün ümumerməni potensiyalından istifadə etmə məsələlərini müzakirə ediblər.
Görüşdə xüsusi olaraq Artsaxda Rusiya Erməniləri Birliyinin vəsaitləri ilə 200 evin tikilməsi ilə bağlı layihə müzakirə olundu.
Rusiya ermənilərinin dəvəti ilə deputatlar “Soyqırım və Birinci dünya müharibəsi: Beynəlxalq müqavilələr, tarixi paralellər” adlı beynəlxalq konfransında iştirak etdilər.
“Artsaxın Demokratik Partiyası” fraksiyasının deputatları Moskvaya səfəri çərçivəsində Rusiya Dövlət Dumasının üzvü Konstantin Zatulinlə görüşdülər. Görüş zamanı Artsax və regiondakı vəziyyət, humanitar və təhlükəsizlik təhdidləri, artsaxla Rusiya arasında olan hərtərəfli əməkdaşlığı aktivləşdirmək üçün aparılan addmlar müzakirə olundu.