Rusiya Federasiyası Türkiyə ilə bütün istiqamətlərdə konstruktiv əməkdaşlığı gücləndirməyə hazırdır
Bunu barədə Rusiya Xarici İşlər Nazirliyinin mətbuat katibi Mariya Zaxarova Rusiya və Türkiyə arasında “Dostluq və qardaşlıq haqqında” müqavilənin 100 illiyi ilə bağlı şərhində bildirib.
Rusiya XİN bəyanatında qeyd olunur ki, “bu müqavilə iki dövlət arasında müasir münasibətlərin özülünü qoyan əsas sənədlərdən biridir”.
“Türkiyə ilə bütün istiqamətlərdə, ticarət-iqtisadi və investisiya əməkdaşlığının genişləndirilməsi, energetika, sənaye və infrastruktura sahələrində perspektivli layihələrin reallaşdırılması, humanitar-mədəni mübadilənin və insani təmasların yüksəldilməsinə konstruktiv əməkdaşlığın möhkəmləndirilməsinə hazır olduğumuzu təsdiqləyirik”,- deyə Zaxarova vurğulayıb.