ER xarici işlər naziri Ara Ayvazyan Ermənistanda səfərdə olan ATƏT-in fəaliyyətdə olan sədri Ann Linde ilə görüşüb. Ara Ayvazyan bildirdi ki, Ann Linde ilə regional təhlükəsizlik və sabitlik, eləcə də Ermənistan-İsveç ikitərəfli gündəliyinə dair məsələləri müzakirə etdi.
“Təssüff ki, hələ keçən il sentyabr ayında keçirilməsi planlaşdırılan bölgəyə səfəriniz Azərbaycanın Artsaxa qarşı başlatdığı müharibə səbəbindən təxirə salındı. Azərbaycan tərəfindən güc istifadəsi ATƏT-in öhdəliklərinin, o cümlədən Helsinki yekun aktının kobud şəkildə pozulmasıdır.
Bütün müharibə ərzində Azərbaycanın silahlı qüvvələri Türkiyənin fəal dəstəyi ilə qadınlar, uşaqlar, qocalar da daxil olmaqla mülki insanları, mülki infrastrukturları qəsdən hədəfə alaraq Artsax ermənilərə qarşı kütləvi cinayətlər, o cümlədən etnik təmizlənmə həyata keçirib”,- deyə Ara Ayvazyan qeyd etdi.
ER XİN başçısı Türkiyənin dəstəyi ilə Yaxın Şərqdən Dağlıq Qarabağ münaqişə zonasına gətirilmiş terrorçular və muzdlular məsələsinə də toxunub. O qeyd etdi ki, hərbi əməliyyatlarda erroçuların birbaşa iştirakı sadəcə beynəlxalq hüququn pozulması deyil, həm də ATƏT-in öhdəliklərinin pozulması idi.
“Münaqişənin son siyasi həlli yalnız ATƏT-in Minsk Qrupunun həmsədrliyi çərçivəsində mümkündür”,- deyə Ara Ayvazyan bildirdi.
Nazir Ermənistanda islahat gündəmini həyata keçirmək üçün İsveç tərəfinin dəstəyini yüksək qiymətləndirdi.