ATƏT-in fəaliyyətdə olan sədri, İsveç xarici işlər naziri Ann Linde vurğuladı ki, noyabrın 10-da imzalanmış Dağlıq Qarabağ atəşkəs bəyanatından sonra regionda vəziyyət dəyişib.
“Atəşkəsi alqışlayıram və fürsətdən istifadə edərək yaralıların və həlak olanların ailələrinə dərin hüznlə başsağlığı verirəm. ATƏT-in fəaliyyətdə olan sədri kimi ATƏT-in Minsk qrupunun həmsədrlərinin işlərini alqışlayıram. Bir neçə məsələ hələ də həll olunmayıb.
ATƏT-in və beynəlxalq ictimaiyyətin vəziyyətə toxunmasında və irəliləyiş yolunun tapılmasında əhəmiyyətli rolu var”,- deyə Linden vurğuladı.
ATƏT-in fəaliyyətdə olan sədrinin sözlərinə görə, bu mərhələdə beynəlxalq humanitar hüquqa hörmət göstərməsi çox vacibdir.