Münaqişə kontekstində Azərbaycanın güc tətbiq etməsi Helsinki Yekun Aktı da daxil olmaqla ATƏT öhdəliklərinin kobud şəkildə pozulması idi. Müharibə zamanı Azərbaycanın Silahlı Qüvvələri, Türkiyənin dəstəyi ilə, Artsax xalqına qarşı beynəlxalq hüququn açıq pozuntularla kütləvi faciələr, o cümlədən etnik təmizləmələr və müharibə cinayətləri törədiblər, məqsədyönlü şəkildə qadınlar, uşaqlar və yaşlılar da daxil olmaqla mülki əhalini və mülki obyektlərini, mədəni irsi hədəfdə tutublar.
Bu barədə ER Xarici işlər naziri Ara Ayvazyan ATƏT-in fəaliyyətdə olan sədri, İsveçin xarici işlər naziri Ann Linde ilə mətbuat konfransında bildirib.
“Bundan əlavə, hərbi əməliyyatlardan 4 ay sonra Azərbaycan beynəlxalq humanitar hüququ və insan haqqlarını pozaraq, erməni hərbi əsirləri və mülki şəxsləri girovluqda saxlayır.
Türkiyə-Azərbaycan təcavüzünü dayandırmaq üçün imzalanmış üçtərəfli bəyanat və Artsaxda rus sülhməramlıların yerləşdirilməsi ilə münaqişə yeni mərhələyə girdi. Biz üçtərəfli bəyanatı atəşkəsin bərpası və təhlükəsizliyin nəzarət olunmasına yünəlmiş sənəd olaraq görürürq. Sənəddə sülh yolu ilə nizamlanma barədə bəzi müddəalar olsa da, bunun əsas elementləri ünvanlı deyil və bunlardan ən önəmlisi Artsax ermənilərinin öz müqəddəratını təyinetmə hüququna əsaslanan Artsaxın statusu məsələsidir.
Artsax münaqişəsinin son siyasi həlli yalnız ATƏT-in Minsk qrupu həmsədrliyinin çərçivəsində mümkündür”,-deyə ER Xİ naziri bildirdi.