“Suriyanın Hələb şəhərinin Kuveyres aeroportundan buraxılmış raketlər ölkənin şimalındakı Cerablus və Əl-Bab rayonlarındakı neft sisternlərinə və yaşayış məntəqələrinə düşüb”.
Bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyinin tvitterdə yayılmış xəbərində deyilir.
Nazirliyin məlumatına görə, hücum nəticəsində dinc əhali arasında bir neçə nəfər xəsarət alıb.
İnformasiyaya əsasən, hücumdan az sonra Rusiya Federasiyasına dinc sakinlərə hücumların dayandırılması zəruriliyi haqqında xəbərdarlıq edilib, müəyyən edilmiş hədəflər üzrə cavab atəşi açılıb.