İsrail televiziyaları və mətbuatı bu günlərdə son Artsax müharibəsində İsrail silahlarının istifadəsinə toxunub. Bir neçə gün əvvəl “Channel 12” iki tərəfin şərhləri ilə bir saatlıq proqram yayımladı. “The Jerusalem Post” da bildridi ki, bəzi İsrail PUA növləri Artsaxda ilk dəfə istifadə edilib. Məqalə müəllifi Qafqazdakı müharibənin PUA -lar üçün "debüt" olduğunu qeyd edir.
“Fs Harop” PUA-sı Azərbaycanın Ermənistana qarşı başlatdığı müharibədə əsas rol oynayan silah növüdür.
Müharibə zamanı Azərbaycanda və Artsaxda olan və hərbi əməliyyatları işıqlandıran israillı müxbir İtayi Angel deyir ki, illər boyu İsrail Azərbaycana PUA-lar satıb. Onlar tanklar, hərbi texnika və insanları hədəfə ala bilər. Müasir silahlı qüvvələrin məhv olunması məsələsində PUA-ların geniş. İmkanları məhz Azəbaycanın apardığı hərbi əməliyyatlar zamanı göstərildi. “Harop” və “Harpy” PUA-larının yüngül və kompakt versiyaları inqilabi silahlar hesab olunur.
“The Jerusalem Post” yazır: “Müharibənin sonunda ermənilər İsrail istehsalı PUA-ların hücumuna məruz qaldıqlarına və İsrailin Azərbaycana silah tədarük etməsinə görə əsəbiləşdiriblər”.