ER Müdafiə nazirinin müavini Arman Sargsyan Kapandakı N saylı bazanın Azərbaycana veriləcəyi ilə bağlı internetdə yayılan xəbərləri təkzib etdi.
“Heç bir mövqenin təhvil verilməsindən söhbət gedə bilmədi və gedə bilməz”,-deyə bu gün jurnalistlərlə brifinq zamanı Müdafiə nazirinin müavini Arman Sargsyan bildirdi.
Qeyd edək ki, internetdə yayılan videoda deyilirdi, guya Kapandakı N saylı mövqeyi Azərbaycana təhvil vermək barədə əmir vardır.