ER Müdafiə nazirinin müavini Arman Sargsyan bildirib ki, Ermənistan Respublikasının təhlükəsizlik mühitini gücləndirmək üçün hər gün müvafiq işlər görülür.
16-20 martda Ermənistanda keçiriləcək hərbi təlimlərə toxunan Sargsyan qeyd edib ki, hər bir hərbi təlimin açıq məqsədi vardır: təhlükəsizlik, müdafiə, mənbələrdən ümumi istifadə və s.
O vurğulayıb ki, hazırda ER Müdafiə Nazirliyi və Silahlı Qüvvələri vəziyyəti nəzarət edir.
Nazir müavini həmçinin bildirib ki, hazırda yeni müharibə barədə söhbət gedə bilməz: “Belə bir problem olsa, dövlət dərhal addımlar atacaq. Ancaq son 30 illik tariximizə baxaraq deyə bilərik ki, hər an müharibəyə hazır olmalıyıq. Amma indi belə bir məsələ qaldırmağa, həyəcan təbili çalmağa ehtiyac yoxdur”.