Almaniyanın Avropa məsələləri üzrə dövlət naziri Mixayil Rot qeyd etdi ki, Dağlıq Qarabağda toqquşmalar dayandı, lakin yaralar hələ də açıqdır.
Bu barədə Rot Twitter mikrobloqunda yazdı.
“Ermənistan və Azərbaycan hərbi əsirlər və itkin düşmüş şəxslər məsələsində tam şəffaflıqla əməkdaşlıq etməlidir. Uzun müddətli sülh və barışıq münaqişənin ATƏT-in Minsk qrupunun həmsədrlərinin himayəsi altında siyasi yolla həllini tələb edir”,- deyə dövlət nazir yazdı.