Martın 9-da Avropa İnsan Hüquqları Məhkəməsi (AİHM), Ermənistanın AİHM-dəki nümayəndəsinin çoxsaylı müraciətlərinə, habelə Azərbaycan hökumətinin Avropa Məhkəməsinin təyin etdiyi müddətləri dəfələrlə pozduğuna və tam məlumat vermədiyinə əsaslanaraq, qərar verdi və Azərbaycan tərəfindən erməni hərbi əsirlərin və saxlanılan mülki şəxslərin hüquqlarının pozulması ilə bağlı Avropa Şurası Nazirlər Komitəsini xəbərdar etdi.
“Qeyd etmək lazımdır ki, bəzi əsirlərə görə Avropa Məhkəməsinin Azərbaycan əleyhinə müvəqqəti tədbir görmək barədə qərarları hələ də qüvvədədir. Avropa Məhkəməsi müvəqqəti tədbirlərlə Azərbaycandan əsirlərin saxlanma şəraiti, sağlamlıq vəziyyəti və geri qaytarılması üçün görülən tədbirlər barədə məlumat verməsini tələb etmişdi.
Ermənistan Respublikası əleyhinə müvəqqəti tədbir tələblərinə gəldikdə, Avropa Məhkəməsi qeyd etdi ki, ER hökuməti tərəfindən verilən məlumatların mahiyyəti nəzərə alınaraq, Məhkəmə müvəqqəti tədbirlərin tətbiq edilməməsinə qərar verdi və beləliklə də, bununla bağlı Nazirlər Komitəsini xəbərdar etməyə ehtiyac olmadı”,-məlumatda deyilir.