Ermənistanda son sutkada daha 795 nəfər COVID-19-a yoluxub, 257 nəfər isə infeksiyadan sağalıb. Bununla da Ermənistanda virusa yoluxanların ümumi sayı 177 899-a çatıb.
Məlumatı Ermənistan Səhiyyə Nazirliyinin Xəstəliklərə Nəzarət və Profilaktikası üzrə Milli Mərkəzi yayıb.
Qeyd olunub ki, ölkədə pandemiyadan ölənlərin sayı daha 10 nəfər artaraq 3 253-ə yüksəlib. COVID-19 diaqnozu qoyulmuş, ancaq başqa səbəbdən ölənlərin sayı isə 836 nəfərdir. İndiyədək 165 975 pasiyent infeksiyadan sağalıb. Hazırda 7 835 aktiv koronavirus xəstəsi var. Ümumi olaraq 770 343 test aparılıb.