Rusiya Prezidenti Vladimir Putin martın 11 və 12-də Azərbaycan prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyanla telefonla danışıb. Bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.
Məlumatda deyilir ki, Dağlıq Qarabağla bağlı 9 noyabr 2020- ci il və 11 yanvar 2021-ci il tarixli üçtərəfli bəyanatlarda əksini tapmış razılaşmaların reallaşmasının praktiki aspektləri nəzərdən keçirilib.
Telefon danışğı zamanı tərəflər Cənubi Qafqazdakı iqtisadi və nəqliyyat əlaqələrinin açılmasını da müzakirə ediblər. Dövlət başçıları Qarabağla bağlı yaradılan və ölkələrin baş nazirlərinin müavinlərinin təmsil olunduğu işçi qrupun fəaliyyətini pozitiv qiymətləndirib. Qeyd edilib ki, atəşkəs rejiminə tam riayət olunur, regionda vəziyyət stabil və sakitdir.
Söhbət zamanı Rusiya-Azərbaycan və Rusiya-Ermənistan əməkdaşlığının aktual məsələləri barədə də fikir mübadiləsi aparılıb.