ER Parlamentinin “Mənim addımım” fraksiyasının deputatı, Azərbaycansünas Tatevik Hayrapetyan bildirib ki, AŞPA “Miqrasiya, qaçqın və köçkünlər məsələləri üzrə” komitəsinin gündəliyinə Dağlıq Qarabağ müharibəsinin humanitar aspektinin müzakirəsi məsələsi daxil idi.
Tatevik Hayrapetyan öz “Facebook” səhifəsində qeyd edib ki, məsələnin məruzəçisi irlandalı deputat Poul Qavadır.
“Həmçinin qeyd etmək istəyirəm ki, Azərbaycan nifrət nitqindən və təhdid edən ifadələrdən istifadə etməyə davam edir.
Azərbaycan prezidenti Əliyev Ermənistan Respublikasının beynəlxalqcasına tanınmış əraziləri barədə təxribat xarakterli və qəbuledilməz açıqlamalar verir. Bu yolverilməzdir və beynəlxalq ictimaiyyətdən adekvat cavab almalıdır”- deyə deputat yazıb.