Böyük Vətən Müharibəsi illərində nasizmə qarşı qəhrəmanlıqla vuruşanların xatirəsinin təhqir olunması yolverilməzdir. Bunu Rusiya XİN rəsmi nümayəndəsi Maria Zaxarova həftəlik brifinqdə Karintak kəndində azərbaycanlı hərbçilərin törətdiyi vandalizmə dair sualı cavablandırarkən qeyd edib.
“Məlumat yoxlanılır və təsdiqlənərsə, Azərbaycan hakimiyyətinin vəziyyəti düzəltmək üçün bütün lazımi tədbirləri görəcəyinə ümid edirik"- deyə Zaxaorva vurğulayıb.
O xatırladıb ki, Ermənistan, Rusiya və Azərbaycan nasizm üzərində qələbənin bütün SSRİ xalqlarının səyləri hesabına əldə olunduğuna razıdır.
“Düşünürəm ki, Qırmızı Ordu və sovet hərbçilərinin abidələrinin təhqir olunması mediada və cəmiyyətdə lazımi şəkildə əks olunmur. Bu gün də brifinq zamanı Böyük Vətən müharibəsi, II Dünya müharibəsi və sovet hərbçilərinin abidələri ilə əlaqəli mövzu qaldırdıq. Təəssüf ki, həm həmkarlarımdan, ya da mediadan kütləvi dəstək görmürəm.
Məsələn, AB ölkələrində sovet hərbçilərinin abidələrinin taleyi ilə bağlı narahatlıq görmürəm. Lakin, nəticədə, yalnız adı çəkilən ərazidə Qırmızı Ordu və hərbçilərin abidələri yerləşmir. Əslində, erməni hərbçilərinə həsr olunmuş çox sayda abidə dağıdılmışdır. Belə hadisələrə birlikdə cavab verməyə çağırırıq. Tarixi həqiqəti qorumaq lazımdır. Bu, təhqirlərin yenidən baş verməsinin qarşısını almağa kömək edəcək"- deyə o qeyd edib.