Martın 12-də Artsax Respublikasının Prezidenti Arayik Harutyunyan respublikanın Dövlət Gəlir Komitəsinə gedib və əməkdaşları ilə görüşüb.
Görüşdə müharibədən sonra ölkədə yaranmış vəziyyət, mövcud problemlərin aradan qaldırılması yolları və perspektivləri müzakirə edildi. Prezident Harutyunyan qeyd etdi ki, müxtəlif şayiələrə baxmayaraq, Artsax müstəqillik yolundan əl çəkməyəcək, Müdafiə Ordusu və Rusiya sülhməramlı qüvvələrinin dəstəyi ilə uzunmüddətli iqtisadi inkişaf proqramları həyata keçiriləcək və təhlükəsizlik sistemi qurulacaqdır.
Arayik Harutyunyan, Artsaxda əhali arasında çaxnaşma əhval-ruhiyyəsi yaratmaq məqəsdilə yayılan yeni müharibənin başlanması barədə əsassız şayiələrə diqqət yetirməməyə çağırdı.
Prezident cəmiyyəti müharibə nəticələrinin aradan qaldırılması, dövlət təhlükəsizliyi və uzunmüddətli sosial-iqtisadi inkişafı üçün birgə səy göstərməyə çağırdı.