ER Prezidenti Armen Sargsyan Danimarka Krallığının Ermənistandakı yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Ole Egberg Mikkelsenin etimadnaməsini qəbul edib.
Səfiri təbrik edən Prezident Sargsyan, təcrübəsini iki ölkə arasındakı münasibətləri inkişaf etdirmək üçün istifadə edəcəyinə ümid edərək ona uğurlar arzulayıb.
Tərəflər bildiriblər ki, Ermənistan və Danimarkanın münasibətləri dərinləşdirmək üçün böyük potensiala sahibdir. Xüsusilə elm, texnologiya, eləcə də ətraf mühit və bir sıra digər sahələr əməkdaşlıq üçün perspektivli hesab edilib.
İclasda müharibədən sonrakı vəziyyətə və bir sıra humanitar məsələlərə də toxunulub. Prezident Sargsyan Azərbaycanda saxlanılan erməni əsirlərin geri qaytarılmasında və itkin düşmüş şəxslərin axtarışında beynəlxalq tərəfdaşların dəstəyini vacib sayıb.