ER Parlamentinin spikeri Ararat Mirzoyan öz “Facebook” səhifəsində yazıb:
“Həmyerlimiz Maral Nacaryan Azərbaycanda əsirlikdən azad edildi və o artıq Livandadır. Bununla əlaqədar olaraq, Tatevik Hayrapetyanın təşəbbüsü ilə Parlamentin bütün qadın deputatlarının məktubuna və vasitəçi rolunu öz üzərinə götürmək barədə şəxsi xahişimə cavab verən RF Federal Şurasının Prezidenti Valentina Matvienkoya təşəkkür edirəm.
Parlamentdə xanım Matvienkoya Parlamentin Onur Medalı verilməsi təklif edəcəyəm.
Ümid edirəm ki, tərəfdaşlarımızla birgə səylərimiz bütün əsirləri və girovları mümkün qədər tez geri qaytarmaq imkanı verəcəkdir”.