Kann kinofestivalından 11 ay sonra “Külək sakitləşincə” filmi yerevanlı izləyicələrə təqdim edilib.
Filmin Paris premyerası sentyabrın 26-da olub, ertəsi gün Azərbaycan Artsaxa qarşı müharibə başladı. Bu film, Ermənistan-Fransa-Belçika əməkdaşlığının gözəl nümunəsidir.
Bu film insan haqları və bir gün mütləq gerçəkləşəcək çılğın xəyal haqqındadır. Filmin baş rolunu Greguar Kolin canlandırdı. Özü bu filmi çox şəxsi hekayə kimi qiymətləndirir.
Greguar Kolin qeyd etdi ki, bu film özü üçün də böyük bir səyahətdir.
“Şairlərdən biri deyirdi ki, səyahət özünü kəşf etmək üçün bir yoldur. Mən bunu Artsaxa gələndə anladım. Bu həqiqətən xüsusi bir səyahət idi, mən bu səyahət sayəsində dünyəvi cənnəti, yəni Artsaxı kəşf etdim”,- deyə filmin baş rolunu canlandıran aktyor qeyd etdi.
Artsax haqqında bu uğurlu film Azərbaycanın isteriyasına səbəb olub. Azərbaycan tərəfi filmin uğur qazanmasına mane olmaq üçün hər şeyi etdi.
Filmin rejissoru Nora Martirosyan qeyd etdi ki, qeyri-siyasi film çəkmək istədi. Onun sözlərinə görə, məhz baş aktyorunun xəyalpərəst baxışı ilə Artsaxın hava limanı uçuş üçün açılır.