Martın 11-də, yerli vaxtla saat 09:46-da İranın Xoy şəhərindən 14 km şimal-şərq istiqamətində zəlzələ olub. İranın 38.56° şimal və 45.11° şərq uzunluq dairəsində qeydə alınmış zəlzələnin episentri 10 km dərinlikdə yerləşib.
Zəlzələ episentrdə 5-6 bala qədər qeydə alınıb. Ermənistanın Syunik vilayətinin Agarak, Meğri, Kacaran, Goris və Sisyan şəhərlərində 2-3 bala qədər hiss olunub.