Türkiyənin Xarici işlər naziri Mövlud Çavuşoğlu Qətərin paytaxtı Dohada rusiyalı həmkarı Sergey Lavrovla görüşüb.
Bu barədə Türkiyənin Xarici işlər naziri özünün tvitterdəki səhifəsində yazıb.
Mövlud Çavuşoğlu qeyd edib ki, o, rusiyalı həmkarı ilə ikitərəfli əlaqələri, habelə Dağlıq Qarabağda, Liviyada və Suriyada yaranmış vəziyyəti müzakirə edib.
"Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrovla Türkiyə və Rusiya arasında münasibətləri, Dağlıq Qarabağda, Liviyada və Suriyada son hadisələri müzakirə etdik", - deyə Mövlud Çavuşoğlu tvitterdəki səhifəsində yazıb.