UNICEF-in ER-dakı nümayəndəliyinin rəhbəri Marin Klark-Hatting Ermənistanı tərk edib.
Bu barədə UNICEF-in Ermənistandakı nümayəndəliyindən məlumat verilib.
Qeyd olunub ki, buna səbəb onun vəzifəsi əsnasında bəzi səhvlərə yol verməsidir. Hansı səhvlərdən söhbət getdiyi açıqlanmayıb.
Xatırladaq ki, martın 9-da Ermənistan XİN-i Klark-Hattingin səlahiyyətlərinə son verildiyini bildirib, ölkə prokurorluğu isə onun haqqında mətbuatda yayılan Azərbaycan və ya Britaniyaya casusluq etməsi iddialarını araşdırmaq üçün cinayət işi açıb.