Martın 11-də Birləşmiş Ərəb Əmirliklərində işgüzar səfərdə olan ER xarici işlər naziri Ara Ayvazyan BƏƏ-nin xarici işlər və beynəlxalq əməkdaşlıq naziri Abdallah bin Zayed Al Nahyan ilə görüşüb.
Nazir Ayvazyan Ermənistanın Birləşmiş Ərəb Əmirlikləri ilə münasibətlərinin dərinləşdirilməsini bir daha vurğuladı.
Ara Ayvazyan və Al Nahyan ikitərəfli gündəliyin geniş məsələlərə toxunublar.
Ermənistanın XİN başçısı Ermənistan-BƏƏ münasibətlərinin dərinləşdirilməsində Birləşmiş Ərəb Əmirliklərindəki erməni icmasının böyük roluna əhəmiyyət verib. Bu kontekstdə Ara Ayvazyan BƏƏ səlahiyyətlərinin erməni icmasına olan səmimi davranışı da yüksək qiymətləndirdi.
Görüş ərzində regional təhlükəszilk və sabitlik məsələləri də müzakirə olunub. ER XİN başçısı vurğuladı ki, Yaxın Şərq Ermənistanın hərtərəfli təhlükəsizlik mühitində böyük rol oynayır. Son hadisələr Cənubi Qafqaz və Yaxın Şərqin təhlükəsizliyinin qarşılıqlı əlaqəsini göstəriblər.
Nazirlər qeyd etdilər ki, münaqişələrin hərbi həlli yoxdur və ekstremizmin istənilən forması regional sülh və sabitliyə təhdiddir.