Ermənistanda son sutkada daha 748 nəfər COVID-19-a yoluxub, 182 nəfər isə infeksiyadan sağalıb. Bununla da Ermənistanda virusa yoluxanların ümumi sayı 176 286-ya çatıb. Məlumatı Ermənistan Səhiyyə Nazirliyinin Xəstəliklərə Nəzarət və Profilaktikası üzrə Milli Mərkəzi yayıb.
Qeyd olunub ki, ölkədə pandemiyadan ölənlərin sayı daha 2 nəfər artaraq 3 239-a yüksəlib. COVID-19 diaqnozu qoyulmuş, ancaq başqa səbəbdən ölənlərin sayı isə 834 nəfərdir. İndiyədək 165 441 pasiyent infeksiyadan sağalıb. Hazırda 6 772 aktiv koronavirus xəstəsi var. Ümumi olaraq 761 945 test aparılıb.