Bostonun meri Martin Uolş Xocalı hadisələrlə bağlı azərbaycanlıların saxtakarlığını dəstəkləyən bəyannaməsinə görə ermənilərdən üzr istədi. O, rəsmi olaraq bəyannaməni ləğv etdi.
“Təəssüf ki, bəyannamə proseduru araşdırmadan qəbul olunub. Amerkiadakı erməni icmasının sədri ilə söhbətdən sonra anladıq ki, bu, çoxlar üçün ağır idi. Mən bunu ləğv etmək qərarına gəldim”,- deyə o bildirdi.
Bostonun meri Bostonun inkişafında ermənilərin böyük rolunu da vurğuladı. M. Uolş xatırlatdı ki, 2015-ci ildə Erməni Soyqırımının 100-cü ildönümünə həsr olunmuş tədbirlərdə də iştirak etdi.
Bostonun meri erməni icması və Ermənistanla münasibətlərinə əhəmiyyət verir.