Freznodan ABŞ konqresmeni Cim Kosta dövlət katibi Antoni Blinkenin ABŞ Prezidenti Co Baydenin administrasiyasının xarici siyasət prioritetləri barədə hesabatına qatılaraq erməni əsirlərin azad edilməsi məsələsini qaldırıb.
Cim Kosta xüsusilə qeyd edib ki, noyabrın 9-da Ermənistan və Azərbaycan arasında imzalanmış bəyanatın müddəalarından biri hərbi əsirlərin azad edilməsini nəzərdə tutur.
ABŞ konqresmeni ABŞ dövlət katibi Antoni Blinkeni, Azərbaycan təcavüzündən dörd ay sonra qanunsuz olaraq saxlanılmış erməni hərbi əsirlərini azad etmək üçün Azərbaycana təzyiq göstərməyə çağırıb. Konqresmenin çağırışına cavab olaraq Antoni Blinken vurğulayıb ki, ER Baş naziri ilə söhbət edib və bu, diqqət mərkəzində olan məsələlərindən biri olub.