Martın 10-da Ermənistanın müdafiə naziri Vağarşak Harutyunyan və Rusiyanın müdafiə naziri Sergey Şoyqu arasında telefon danışığı olub.
Bu barədə Ermənistanın Müdafiə Nazirliyi məlumat yayıb.
İki ölkənin müdafiə nazirləri telefon danışığında Ermənistan-Rusiya hərbi texniki əməkdaşlıq məsələlərini, Artsaxda rus sülhməramlıların fəaliyyətini müzakirə ediblər.
Tərəflər regional təhlükəsizliklə bağlı məsələlərə də toxunublar.