ER Parlamentinin “Mənim addımım” fraksiyasının deputatı Nazeli Bağdasaryan “İtkin düşən şəxslər barədə” qanun layihəsinə dair müzakirələr zamanı qeyd edib ki, itkin düşənlərin statusunun aydınlaşdırılmasına ehtiyac var.
“Bu məsələni vacib hesab edirəm, çünki yaranmış vəziyyətlə əlaqədar, dövlət siyasəti və yanaşmaları dəyişdirməlidir. 2007-2008-ci illərdə qanunun dövriyyəyə buraxılmasına cəhd edilib, lakin problemlər yarandı. Hətta bəzi ali idarəçiliklər 2011-ci ildə bunu lazımsız hesab etdilər. İndi itkin düşənlərin hüquqi statusu aydınlaşdırılmalıdır”- deyə Bağdasaryan qeyd edib.
Deputat qeyd edib ki, indi itkin düşənlər barədə dövriyyəyə buraxılmış qanun layihəsi yoxdur və onlar qanun layihəsi ilə bağlı bütün təklifləri dinləməyə hazırdır.