Rusiya Xarici işlər nazirinin müavini Vladimir Titovla ATƏT-in fəaliyyətdə olan sədrinin Cənub Qafqaz üzrə xüsusi nümayəndəsi, xanım Annika Söder Cənub Qafqaz, o cümlədən Dağlıq Qarabağ bölgəsindəki vəziyyəti müzakirə ediblər.
“RİA Novosti” xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyi məlumat yayıb.
“Tərəflər Cənub Qafqazdakı regional şərait, o cümlədən Dağlıq Qarabağdakı problemlərlə bağlı fikir mübadiləsi aparıblar”, - məlumatda bildirilib.