Macarıstan “Cənub” qaz dəhlizi layihəsinin iştirakçısı olmaq və Azərbaycanda böyük həcmdə qaz almağı planlaşdırır. Bu barədə Macarıstanın Xarici işlər naziri Peter Siyarto Bakıda keçirdiyi brifinqdə bildirib.
Onun sözlərinə görə, 2021-ci ilin sonunda Macarıstan Serbiya vasitəsilə “Cənub” qaz fəhlizinə qoşulacaq.
“Bu boru kəmərilə Azərbaycandan qaz almaq bizim üçün vacibdir. Biz boru xəttinin tikintisilə bağlı Azərbaycan Dövlət Neft Şirkətilə danışıqlara başlamışıq", - Peter Siyarto qeyd edib.