Ermənistan Baş Qərargah rəisi Onik Qasparyan vəzifəsindən azad edildi. Bu barədə Ermənistanın baş naziri Nikol Paşinyanın bildirilib.
Fevralın 25-də ER Prezidenti Armen Sarkisyan Onik Qasparyanın vəzifəsindən azad olunması ilə bağlı Baş nazir Aparatına etiraz göndərib. Prezidentin verdiyi etirazları baş nazir qəbul etməyib və fevralın 28-də prezidentə təkrar məktub göndərilib.
“Prezidentin baş nazir tərəfindən təqdim olunan layihəni imzalamamasını və "Hərbi xidmət və hərbi qulluqçuların statusu haqqında" ER qanunun 35.1-ci maddəsinin 3-cü hissəsində qeyd olunan müddətdə Konstitusiya Məhkəməsinə müraciət etməməsini nəzərə alaraq Konstitusiyanın 139-cu maddəsinin 3-cü hissəsini, habelə “Hərbi xidmət və hərbi qulluqçuların statusu haqqında” ER qanununun 35.1-ci maddəsinin 6-cı hissəsini və 40-cı maddəsinin 3-cü hissəsini əsas götürərək 2021-ci ilin martın 10-dan etibarən Ermənistan Silahlı Qüvvələri Baş Qərargahının rəisi Onik Qasparyan vəzifəsindən azad edilmiş hesab olunur”, - deyə Baş nazir Aparatının bəyanatda qeyd olunur.