ABŞ Nümayəndələr Palatasının Xarici İşlər Komitəsinin üzvü, konqresmen Bred Şerman Sumqayıt, Kirovabad və Bakı qırğınlarının qurbanlarının xatirəsini yad edib və qırğınları pisləyib.
Sumqayıt qırğınları ilə erməni azlığına qarşı zorakılığın artmasının başlanğıcı oldu.1988-ci ilin noyabr ayında Kirovabadda, 1990-ci ildə isə Bakıda ermənilər qarşı zorakılıqlar davam edib. Bütün bu qırğınlar nəticəsində Bakıdan 390 min erməni zorakılıqla sürgün olunub.
Sumqayıt-Kirovabad qırğınına cavab olaraq, 100-ə yaxın aparıcı alim və hüquq müdafiəçisi, “The New York Times” qəzetində Sovet İttifaqında ermənilərə qarşı törədilən qırğınları pisləyən açıq bir məktub nəşr etdilər.
Bred Şerman qeyd etdi ki, azərbaycanlıların ermənilərə qarşı hücumlarının davamı 21-ci əsrdə də olub.
Konqresmen vurğuladı ki, 2020-ci ilin payızında Azərbaycan Ermənistana və Artsaxa qarşı hücum etdi və mülki əhalini hədəfə aldı.
Konqresmen Azərbaycanda saxlanılan erməni hərbi əsirlərin məsələsinə də toxundu. O qeyd etdi ki, Azərbaycanda erməni əsirlər qeyri-insani rəftara məruz qalırlar. Beynəlxalq ictimaiyyət Azərbaycan hökumətini məsuliyyətə cəlb etməlidir.