İran İslam Respublikası Parlamentinin Milli Təhlükəsizlik və Xarici Siyasət Komitəsinin üzvü Mahmud Abbaszadə Meşkin, Avrasiya İqtisadi Birliyi ilə azad ticarət yolu ilə İranın iqtisadi müstəqilliyini gücləndirməyin vacibliyini vurğulayıb. O, "Xaneye Mellat" xəbər agentliyinə verdiyi müsahibədə deyib: "Avropa Birliyi və Qərb qeyri-insani şəkildə İranı boykot etdilər və bu siyasəti davam etdirdilər, bu səbəblə dünya ilə ticarətimizi digər şəkildə davam etdirməliyik".
İranlı rəsmi qeyd edib: "AİB üzvlərinin maraqaları İranla ticarət əlaqələrinin qurulmasını tələb edir və Tehran bu fürsətdən istifadə etməlidir". AİB-nin ilk sərgisi 2021-ci il mayın 18-dən 20-dək Tehran Beynəlxalq Sərgi Mərkəzində keçiriləcək. Sərgidə İran, Rusiya, Belarusiya, Ermənistan, Qazaxıstan, Qırğızıstan nümayəndələri iştirak edəcək.