Niderland Azərbaycanda saxlanılan bütün erməniləri hərbi əsir hesab edir. Bunu Niderlandın Ermənistandakı səfiri Niko Sxermers "Armenpress" ilə söhbətində qeyd edib.
“Azərbaycanda saxlanılan bütün ermənilər Niderland tərəfindən hərbi əsir kimi tanınır. Niderlandın Dağlıq Qarabağ münaqişəsinin həllində çox kiçik rolu var və biz səylərimizi Brüssel və ya ATƏT-in Minsk qrupu vasitəsilə göstəririk”-deyə səfir qeyd edib.
Niderlandın Ermənistandakı səfiri ümid bildirib ki, DQ münaqişəsi üçün uzunmüddətli həll yolu tapılacaq.