ABŞ-da Respublikaçı Konqresmen Frank Palon “Twitter” səhifəsində Azərbaycanı erməni əsirləri geri qaytarmadığı üçün qınayıb. O yazıb: “Keçən ildə münaqişə zamanı Azərbaycan insan haqlarını kobud şəkildə pozdu. Beynəlxalq hüquqa zidd olaraq yüzlərlə ermənini saxlamağa davam edirlər. Bu məsələni dərhal həll etmək üçün şəxsən Bayden rəhbərliyi ilə danışmışam”.
“The Wall Street Journal” mətbusu da Azərbaycanla müharibədən sonra itkin düşmüş oğullarını axtaran erməni ailələri haqqında məqalə dərc edib.
Qırmızı Xaç rəsmiləri və Rusiya sülhməramlılarının köməyi ilə oğullarının izlərini tapmağa çalışırlar. Yüzlərlə valideyn 44 gün davam edən müharibədən sonra uşaqlarının başına nə gəldiyini öyrənmək üçün mübarizə aparır.
Döyüş əməliyyatları bitdikdən təxminən dörd ay sonra onların taleyi bölgədə əsas problem olaraq qalır.