Avropa Parlamentinin deputatları ilə müsahibələrimizi təqdim etməyə davam edirik. Bu dəfə Lilit Qasparyan İspaniyanı təmsil edən deputat Urban Krespoyla söhbətdə regionda Madiridin siyasi hesablamalarını öyrənməyə çalışdı.
Türkiyə-İspaniya arasında iqtisadi, ticari və hərbi əməkdaşlığın Ermənistan-İspaniya münasibətlərinə olan mənfi təsiri barədə danışan deputat qeyd edib ki, ölkələr arasındakı münasibətlər əsasən iqtisadi əlaqələrə görə qurulur, Türkiyə isə NATO üzvüdür və İspaniyanın bu ölkə ilə bir çox əlaqəsi var. Beləliklə də, İspaniya-Ermənistan, İspaniya-Türkiyə arasındakı münasibətləri şərtləndirən iqtisadi maraqlar var.
İnsan hüquqları və demokratiya dəyərlərinin ikinci planda olmasına gəlincə, deputat qeyd edib ki, bu problem yalnız İspaniyada deyil və söhbət Avropa siyasətinin ikili standartlarından gedir. Bu saxta dəyərlərlə idarə olunan yaltaq siyasətdir.