Ermənistan bu il keçiriləcək "Eurovision" musiqi müsabiqəsinə qatılmaqdan imtina edib.
Bu haqda Ermənistanın İctimai Tələşirkəti məlumat yayıb.
"Baş verən hadisələr, zaman azlığı və digər obyektiv şərtlər Ermənistanın müsabiqədə layiqli təmsil olunmasına imkan vermir"-deyə, Birinci kanalının “Facebook” səhifəsində qeyd edilib.